Bakıda mənzildə meyit tapılıb

Xəbərlər

29.04.2024 - 13:38

Həyata keçirilən tədbirlər nəticəsində bir nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonunda bir nəfərin evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-dən AYNA-ya verilən məlumata görə, məlumatla əlaqədar FHN-in Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində bir nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Müəllif: Ayna.az