Tikilinin qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub
Bakı şəhərinin Xətai rayonunda məcburi köçkünlərin məskunlaşdığı binada yanğın baş verib.
AYNA Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə zamanı ümumi sahəsi 300 kv/m olan birmərtəbəli tikilinin yanar konstruksiyaları 80 kv/m sahədə yanıb. Tikilinin qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.