Bakıda lombard yanıb

Hadisə

07.07.2024 - 12:13

Həkimlər Klinikalar SEO Xidməti

Alovun digər obyektlərə keçməsinin qarşısı alınıb

Bakının Nəsimi rayonunda yanğın hadisəsi baş verib. AYNA APA-ya istinadən xəbər verir ki, hadisə Nizami metrostansiyasının yaxınlığında qeydə alınıb.

Cəfər Cabbarlı 10B ünvanında yerləşədən sahəsi 15 kvadratmetr olan lombardda yanğın baş verib.

Dərhal əraziyə FHN-nin 3 yanğınsöndürmə texnikası və canlı briqadası cəlb edilib.

Yanğınsöndürənlər obyektdə olan yanar konstruksiyaları alovdan qoruyuraq çölə çıxarıb.

Alovun digər obyektlərə keçməsinin qarşısı alınıb.

İlkin ehtimala görə, hadisəyə səbəb kondisionerin elektrik naqilinin əriməsi olub. Hazırda araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş


Noldu, Tramp?

Dünən, 15:42 Siyasət