Yaralı xəstəxananın reaninasiya şöbəsinə yerləşdirilib
Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib. AYNA APA-ya istinadən xəbər verir ki, hadisə Gəncə prospektində qeydə alınıb.
1980-ci il təvəllüdlü Mahmudov Eldəniz Qafar oğlu yaşadığı evdə ailə üzvləri ilə mübahisə edib. Mübahisə zamanı o ailə üzvlərindən biri tərəfindən bıçaqlanıb. Yaralı xəstəxananın reaninasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı Xətai Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.