Şagirdlə məktəb rəhbərliyi və psixoloq tərəfindən müvafiq söhbət aparılıb
Bakıda itkin düşən məktəbli tapılıb. Bu barədə AYNA-ya Bakı Şəhər üzrə Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, yanvarın 15-16-da Bakının 29 nömrəli tam orta məktəbin 1 nəfər 11-ci sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) dərs prosesində iştirak etməyib.
"Sinif rəhbəri məktəblinin himayəsində yaşadığı yaxın qohumu ilə əlaqə saxladıqda şagirdin səhər evdən çıxdığı və sonradan evə qayıtmadığı məlum olub. Uşağın qohumu tərəfindən hüquq-mühafizə orqanlarına müraciət olunub.
Məktəb rəhbərliyi tərəfindən digər şagirdin köməyi ilə “İnstagram” hesabı vasitəsilə şagirdlə əlaqə saxlanılıb, yeri müəyyən edildikdən sonra hüquq-mühafizə orqanlarına da məlumat verilib.
Şagirdlə məktəb rəhbərliyi və psixoloq tərəfindən müvafiq söhbət aparılıb, hazırda məktəbdədir, Böyük Summativ Qiymətləndirmədə iştirak edir", - məlumatda qeyd olunub.