Bakıda iki nəfər spirtdən zəhərlənərək ölüb

Hadisə

26.02.2025 - 17:56

Həkimlər Klinikalar SEO Xidməti

Hadisələr Sabunçu və Nizami rayonlarında qeydə alınıb

Bakıda daha iki nəfər texniki spirtdən zəhərlənərək ölüb. AYNA.AZ Lent.az-a istinadən xəbər verir ki, hadisələr Sabunçu və Nizami rayonlarında qeydə alınıb.

Belə ki, Sabunçu rayonunda 45 yaşlı E.Qasımov və Nizami rayonunda 53 yaşlı A.İsayev metil spirtindən zəhərlənərək ölüblər.

Məlumata görə, Sabunçu rayonu ərazisində spirtdən zəhərlənib ölənlərin sayı 18-ə çatıb.

Qeyd edək ki, bundan əvvəl Sabunçu rayonu ərazisində 15 nəfər texniki spirtdən zəhərlənərək ölüb. Hazırda faktlarla bağlı prokurorluq orqanları tərəfindən araşdırmalar davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş