Bakıda iki maşın yanıb

Hadisə

06.12.2025 - 16:12

Hadisə hotelin qarajında baş verib

Bakı şəhərinin Nizami rayonunda yanğın olub. AYNA.AZ xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Qeyd olunub ki, ümumi sahəsi 400 m² olan ikimərtəbəli otel binasının mənfi birinci mərtəbəsində yerləşən qarajda “BMW” markalı minik avtomobilinin salon hissəsi və “Volkswagen” markalı minik avtomobilinin salon hissəsi yanıb.

Avtomobillərin qalan hissəsi, yaxınlıqda olan digər avtomobillər və otel binası yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş