Yanğın mühafizə bölmələri tərəfindən söndürülüb
Bakının Səbail rayonunda hoteldə baş verən yanğın söndürülüb. AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Qeyd olunub ki, Səbail rayonunun Qəsr küçəsində qeydə alınan yanğını nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri qısa müddətdə söndürüblər.