Ərazi mühafizəyə götürülüb
Bakı şəhəri, Suraxanı rayonu ərazisində baş vermiş yanğın hadisəsi ilə bağlı əraziyə polis əməkdaşları cəlb olunub. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.
Qeyd olunub ki, bütün zəruri tədbirlər görülür, ərazi mühafizəyə götürülüb.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 14:55 radələrində Suraxanı rayonu ərazindəki obyektdə yanğın səbəbilə çağırış daxil olub. TƏBİB-dən bildirilib ki, çağırış ünvanına 3 təcili tibbi yardım briqadası cəlb olunub. İndiyədək 1 nəfərə yerində tibbi yardım göstərilib. Təcili tibbi yardım briqadaları hadisə yerindədir.
Fövqəladə Hallar Nazirliyindən (FHN) qeyd edilib ki, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonu ərazisində obyektdə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.