Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

Xəbərlər

23.10.2020 - 11:34

Sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə küçəyə çıxmamaq xahiş olunur

 

Oktyabr ayının 24 və 25-də paytaxtda dezinfeksiya işləri aparılacaq. Bu barədə AYNA-ya paytaxtın kommunal strukturlarından məlumat verilib.

 

Bildirilib ki, son günlərdə COVID-19-a yoluxanlarının sayının artması nəzərə alınaraq, kommunal xidmətlərin xüsusi texnikası və əməkdaşları tərəfindən Bakı şəhəri üzrə  əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

 

Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq, sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixlərdə küçəyə çıxmamaq xahiş olunur.

Müəllif: Ayna.az

GÜLSÜM

Dünən, 22:14 Yazarlar