Bakıda gəncin intiharı ilə bağlı araşdırmalara başlanılıb

Hadisə

14.05.2021 - 15:24

Həkimlər Klinikalar SEO Xidməti

Hadisə yerinə və meyitə baxış keçirilib

 

Yasamal rayonu ərazisində gəncin intihar etməsi faktı ilə bağlı araşdırma aparılır.

 

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən AYNA-nın sorğusuna cavab olaraq bildirilib.

 

Bildirilib ki, 1995-ci il təvəllüdlü Əhədzadə Mirvəfayıl Məhərrəm oğlunun yaşadığı binanın 17-ci mərtəbəsindən özünü yerə ataraq intihar etməsi ilə bağlı Yasamal rayon prokurorluğuna daxil olan məlumat əsasında hadisə yerinə və meyitə baxış keçirilib.

 

Araşdırma üzrə məhkəmə tibb ekspertizası təyin edilib, o cümlədən, digər zəruri prosesual tədbirlər həyata keçirilib. Hazırda Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş