Bakıda gənc oğlan orta məktəbdə bıçaqlanıb

Hadisə

20.05.2021 - 02:28

Həkimlər Klinikalar SEO Xidməti

Yaralı xəstəxanaya çatdırılıb və əməliyyat olunub 

 

Bakıda bıçaqlanma hadisəsi baş verib. AYNA-nın "Report"a istinadən məlumatına görə, hadisə Nizami rayonunda qeydə alınıb.

 

Belə ki, 1994-cü il təvəllüdlü Musayev Füzuli Zülfüqar oğlu Kamil Əliyev adına 61 nömrəli tam orta məktəbin həyətində mübahisə zəminində bıçaqlanıb. O, təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı yaralıda sol said və sol bazu nahiyələrinin iki ədəd kəsilmiş-deşilmiş bıçaq yaraları aşkarlanıb. F.Musayev əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib.

 

Hadisənin təfərrüatı araşdırılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş