Bakıda evə basqın edilib

Hadisə

17.08.2024 - 16:47

Həkimlər Klinikalar SEO Xidməti

Şübhəli şəxs qismində 3 nəfər müəyyən edilərək saxlanılıb

Bakıda evə basqın edilib. Bu barədə AYNA-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, avqustun 16-da gecə saat 2 radələrində Qaradağ rayonu ərazisində evlərin birinə daxil olaraq orada yaşayan 2 qadına kəsici alətlə xəsarət yetirib soyuducu, televizor və kondisioner oğurlanması ilə bağlı polisə məlumat daxil olub:

"Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən E.Hətəmov, M.Nağıyev və T.Nağıyev müəyyən edilərək saxlanılıblar".

Araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş