Bakıda evdə yanğın olub

Xəbərlər

18.12.2023 - 11:42

Beşotaqlı evin dam örtüyünün yanar konstruksiyaları 35 kvadratmetr sahədə yanıb

Bakının Binəqədi rayonunda ümumi sahəsi 120 kvadratmetr olan birmərtəbəli beşotaqlı evin dam örtüyünün yanar konstruksiyaları 35 kvadratmetr sahədə yanıb.

AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Qeyd olunub ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş