Bakıda ər avtomobillə arvadının üzərindən keçdi

Hadisə

07.02.2020 - 01:41

Həkimlər Klinikalar SEO Xidməti

Qadın təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb

 

Bakıda bədbəxt hadisə baş verib. AYNA “Report”a istinadən xəbər verir ki, hadisə Sabunçu qəsəbəsində qeydə alınıb.

 

Belə ki, ər yaşadığı binanın həyətində idarə etdiyi avtomobillə həyat yoldaşı, 1999-cu il təvəllüdlü Tapdıqbəyli Aysel Namiq qızının üzərindən keçib.

 

Qadın təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sol baldırın əzilmiş-cırılmış yarası diaqnozu qoyulub. 

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş