Bakıda doqquzmərtəbəli yaşayış binasında yanğın olub

Hadisə

08.10.2022 - 17:56

Həkimlər Klinikalar SEO Xidməti

Beşotaqlı mənzilin eyvanı və ev əşyaları yanıb

Bakı şəhərinin Sabunçu rayonunda doqquzmərtəbəli yaşayış binasında yanğın olub. Bu barədə AYNA-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Hadisə nəticəsində binanın 5-ci mərtəbəsində ümumi sahəsi 105 m² olan 5 otaqlı mənzilin eyvanında 4 m² sahədə ev əşyaları yanıb.

Mənzil yanğından mühafizə olunub.

Yanğın söndürülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş