Bakıda dönərxanada yanğın olub

Hadisə

19.01.2026 - 01:03

Yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb

Bakı şəhəri, Səbail rayonu ərazisində, metronun “Sahil” stansiyasının yaxınlığında yerləşən dönərxanada baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

AYNA.AZ xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

Qeyd edək ki, FHN-in “112” qaynar telefon xəttinə paytaxtın Səbail rayonu ərazisində, metronun “Sahil” stansiyasının yaxınlığındakı dönərxanada yanğın baş verməsi barədə ilkin məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş