Bakıda daha üç məktəbdə əyani tədris bərpa olunub

Xəbərlər

16.02.2022 - 11:14

cedabet dərman SEO Xidməti

80, 157 və 202 nömrəli tam orta məktəblərdə karantin müddəti başa çatıb

Paytaxtdakı 80, 157 və 202 nömrəli tam orta məktəblərdə əyani dərslər bərpa edilib. Bu barədə AYNA-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.

Qeyd edilib ki, adıçəkilən məktəblərin müəllim-şagird kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.

Qeyd edək ki, təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş