Bakıda daha bir məktəb distant tədrisə keçib

Xəbərlər

28.01.2022 - 12:16

Həkimlər Klinikalar SEO Xidməti

26 nömrəli məktəbdə əyani tədris prosesi 7 gün müddətinə distant təhsillə əvəzlənib

Paytaxtdakı 26 nömrəli tam orta məktəbin fəaliyyəti yanvarın 28-dən distant təhsil formasında davam etdirilir. AYNA xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) bildirilib.

Qeyd edilib ki, Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən COVID-19 infeksiyasına yoluxma və qarşılıqlı təmas halları ilə bağlı 26 nömrəli tam orta məktəbdə əyani tədris prosesinin 7 gün müddətinə distant təhsillə əvəz olunmasına qərar verilib.

“Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur və müvafiq qaydaların icrası ilə bağlı mütəmadi monitorinqlər aparılır”, - məlumatda bildirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş