Bakıda daha bir marşrut üzrə avtobuslarda gediş haqqı karta keçib

Xəbərlər

01.06.2023 - 12:11

Həkimlər Klinikalar SEO Xidməti

Avtobuslarda ödəniş nağdsız qaydada “BakıKart” vasitəsilə həyata keçiriləcək

İyunun 1-dən etibarən 77 nömrəli marşrut üzrə böyüktutumlu (12 metrlik) avtobuslar fəaliyyət göstərir. AYNA xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Bildirilib ki, avtobuslarda ödəniş nağdsız qaydada “BakıKart” vasitəsilə həyata keçiriləcək.

Məlumat üçün qeyd edək ki, aparılan təhlillər əsasında 77 nömrəli müntəzəm marşrutun istismarında nöqsanlar aşkarlanıb. Həmçinin ötən müddətdə sərnişinlərdən marşrutun fəaliyyəti ilə bağlı şikayət xarakterli çoxsaylı müraciət daxil olub.

Müəllif: Ayna.az