DİN: “Heç bir insident qeydə alınmayıb və saxlanılan yoxdur”
Bu gün saat 11 radələrində 26 nəfər şəxs sosial təminat problemləri ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) önünə toplaşıblar.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, onlara ƏƏSMN-nin əməkdaşları tərəfindən qəbul olunmaları təklif edilib: “Həmin şəxslərdən bir qrupu təklifi qəbul edərək qəbula gedib, təklifi qəbul etməyənlər isə polis əməkdaşları tərəfindən ərazidən uzaqlaşdırılıblar”.
Məlumatda qeyd edilib ki, bu zaman heç bir insident qeydə alınmayıb və saxlanılan yoxdur: “Eyni zamanda, qeyd edək ki, həmin şəxslərin müraciətlərinin aidiyyəti dövlət qurumları tərəfindən araşdırılması onların diqqətinə çatdırılıb”.