Bakıda bir nəfər hamamda dəm qazından ölüb

Hadisə

30.11.2023 - 09:39

Həkimlər Klinikalar SEO Xidməti

Paytaxtda dəm qazından ölüm halı qeydə alınıb

Bakı şəhərinin Qaradağ rayonunda bir nəfər fərdi yaşayış evində dəm qazından zəhərlənib.

Daxili İşlər Nazirliyindən AYNA-ya verilən məlumata görə, Caniyev Fadim Amil oğlu Qobustan qəsəbəsi, 1-ci massivdə yerləşən nömrəsiz fərdi yaşayış evinin hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı Qaradağ rayon prokurorluğunda araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş