Bakıda bir neçə küçədə təmir işlərinə başlanılacaq

Xəbərlər

07.06.2024 - 21:48

cedabet dərman SEO Xidməti

Təmir işlərinin aparıldığı zolaqlar üzrə hərəkət qismən məhdudlaşdırılaraq

8 və 10 iyun tarixlərində Bakıda bir neçə küçədə təmir işlərinə başlanılacaq. AYNA  xəbər verir ki, 8 iyun saat 10:00-dan etibarən Bakı şəhəri, Atatürk prospektində (Səttar Bəhlulzadə küçəsindən Fətəli xan Xoyski küçəsinədək), 10 iyun saat 10:00-dan etibarən isə Bakı şəhəri, Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsində (Heydər Əliyev prospektindən “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunadək) təmirə start veriləcək.

Təmir müddətində sözügedən hissələrdə işlərin aparıldığı zolaqlar üzrə hərəkət qismən məhdudlaşdırılaraq digər zolaqlara yönləndiriləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş