Bakıda bir ailənin 5 üzvü qəzaya düşdü, <font color=red> ölənlər və yaralananlar var</font>

Hadisə

08.03.2020 - 09:42

Həkimlər Klinikalar SEO Xidməti

Yaralılar 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıb

 

Bakıda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

 

AYNA-nın “Report"a istinadən məlumatına görə, hadisə Suraxanı rayonunda qeydə alınıb.

 

“Jeep” markalı avtomobillə “VAZ-2107” markalı avtomobil toqquşub. Qəza nəticəsində “VAZ-2107”də olan bir ailənin 2 üzvü – Şəhriyar Həsənov və onun anası (ad və soyadı dəqiqləşdirilir-red) hadisə yerində ölüb. Hadisə zamanı həmçinin ailənin daha 3 üzvü – 29 yaşlı Həsənova Lamiyə Zöhrab qızı və onun övladları – 6 yaşlı Həsənova Mənisə Şəhriyar qızı, iki aylıq körpə Həsənova Məryəm Şəhriyar qızı ağır bədən xəsarətləri alıblar. 

 

Yaralılar 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıb. L.Həsənovaya bədənin müştərək travması, Mənisə Həsənovaya sol bazu sümüyünün sınığı və ənsə nahiyəsinin əziyi, Məryəm Həsənovaya isə qapalı kəllə-beyin travması, baş-beyin əziyi, təpə-ənsə nahiyəsinin qəlpəli sınıqları diaqnozları qoyulub.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş