Bakıda bir ailənin 4 üzvü dəm qazından zəhərlənib

Xəbərlər

22.12.2021 - 05:19

Həkimlər Klinikalar SEO Xidməti

Zərərçəkənlər təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar

Bakıda kütləvi zəhərlənmə hadisəsi baş verib. AYNA-nın "Report"a istinadən məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb. Maştağa qəsəbəsinin Savalan yaşayış massivində 1981-ci il təvəllüdlü İsmayılov Fəxrəddin İsmayıl oğlu, 1979-cu il təvəllüdlü İsmayılova Vüsalə İsmayıl qızı və 7 yaşlı Rzayeva Əsna Elnur qızı, 16 yaşlı Rzayev Rafiq Elnur oğlu yaşadıqları evdə dəm qazından zəhərləniblər.

Zərərçəkənlər təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Hadisənin təfərrüatı araşdırılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş