Bakıda bəzi yerlərdə qaz olmayacaq

Xəbərlər

15.07.2025 - 09:42

Nəsimi və Suraxanının bəzi ərazilərində qazın verilişində məhdudiyyət yaranacaq

Bu gün Bakının Nəsimi və Suraxanı rayonlarının bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

"Azəriqaz"dan AYNA.AZ-a verilən məlumata görə, Moskva prospektində siyirtmənin quraşdırılması, həmçinin “Bülbülə” qaz kəmərinin hava kompressoru vasitəsilə kipliyə sınaq olunması məqsədilə 15.07.2025-ci il tarixdə saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

"Təmir işləri aparılan müddətdə Nəsimi rayonu üzrə Moskva prospektinin və Asif Məhərrəmov küçəsinin, Suraxanı rayonu üzrə isə Bülbülə qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq", - məlumatda qeyd olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş