Bakıda avtoxuliqanlıq hərəkətləri edən sürücü saxlanılıb

Xəbərlər

30.03.2024 - 22:19

cedabet dərman SEO Xidməti

Araz Qasımov 500 manat məbləğində cərimə olunub

Paytaxtın Səbail rayonu ərazisində avtoxuliqanlıq hərəkətləri edən sürücü saxlanılıb. Bu barədə AYNA-ya Bakı Şəhər DYPİ-nin Təbliğat və ictimai işlər üzrə rəisi Toğrul Nəsirli bildirib.

"Hyundai" markalı, 99-SY-403 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri etdiyi üçün Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Sürücü barəsində toplanmış materiallar aidiyyəti üzrə Səbail rayon məhkəməsinə təqdim olunub. Məhkəmənin qərarı ilə sürücü Qasımov Araz Failxan oğlu 1 il sürücülük hüququndan məhrum edilməklə 500 manat məbləğində cərimə olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş