Bakıda ağır yol qəzası: 5 nəfər ölüb, yaralılar var

Xəbərlər

13.10.2021 - 09:18

Həkimlər Klinikalar SEO Xidməti

Yaralılardan 13 nəfərin vəziyyəti ağırdır 

Heydər Əliyev Beynəlxalq Hava Limanı - Mərdəkan avtomobil yolunun baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı 5 nəfər ölüb.

AYNA xəbər verir ki, bunu Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli deyib.

O bildirib ki, hadisə yerinə 10 təcili tibbi yardım maşını cəlb olunub: "Hazıra 13 nəfərin vəziyyəti ağırdır. Hüquq mühafiz orqanın əməkdaşları hadisə yerinə cəlb edilib və yol qəzası ilə bağlı araşdırma aparılır. İlkin məlumatlara görə, yük avtomobilinin sürücüsü sükan arxasında yuxulu olub avtobusuna çırpılıb".

A. Əsgərli deyib ki, yolda hazırda sıxlıq müşahifə olunur: " Yol Polisin əməkdaşları ərazidə nizamlayıcı qismində çıxış edərək, avtomobillərin hərəkətini tənzimləyirlər".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş