Bakıda ağır qəza: 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb

Xəbərlər

07.06.2025 - 17:56

cedabet dərman SEO Xidməti

TƏBİB Bakıda baş verən avtoqəza ilə bağlı məlumat yayıb. AYNA.AZ xəbər verir ki, qurumdan bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 2025-ci il iyunun 7-də saat 13:50 radələrində Nərimanov rayonu, Böyükşor gölü ərazisində yol-nəqliyyat hadisəsi ilə bağlı çağırış daxil olub.

Çağırış əsasında təcili tibbi yardım briqadası ünvana cəlb olunub. Hadisə yerində 3 kişinin həkiməqədər ölüm faktı qeydə alınıb. Xəsarət alan 68 yaşlı kişi isə müştərək travma diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş