İtkin şəxs altsheymer xəstəliyindən əziyyət çəkir
Martın 8-də Nərimanov rayonu ərazisində altsheymer xəstəliyindən əziyyət çəkən 88 yaşlı Nizam Ədilov yaşadığı ünvandan çıxıb naməlum istiqamətə gedərək bir daha geri qayıtmayıb.
Daxili İşlər Nazirliyindən (DİN) AYNA.AZ-a bildirilib ki, şəkildəki şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102” Xidməti Zəng Mərkəzinə, sosial şəbəkələrdəki rəsmi səhifələrinə, həmçinin (012) 566-02-15 və (012) 567-02-02 şəhər nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.