Bakıda 68 yaşlı qadının meyiti tapılıb

Xəbərlər

08.04.2022 - 20:21

Meyit aidiyyəti üzrə təhvil verilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Bu barədə AYNA FHN-ə istinadən xəbər verir.

Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1954-cü il təvəllüdlü Niyazova Zöhrə Qiyas qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş