Bakıda 19 yaşlı gənc dəm qazından zəhərlənib

Xəbərlər

26.11.2021 - 00:49

Həkimlər Klinikalar SEO Xidməti

Qəhrəman Hüseynov təcili yardımın köməyilə xəstəxanaya çatdırılıb

Bakıda zəhərlənmə hadisəsi baş verib. AYNA-nın "Report"a istinadən məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Biləcəri qəsəbəsində 2002-ci il təvəllüdlü Hüseynov Qəhrəman Rəşad oğlu yaşadığı evdə dəm qazından zəhərlənib. Q.Hüseynov təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş