Bakıda 12 dərəcə isti olacaq

Xəbərlər

07.12.2023 - 13:11

Bölgələrdə yağış, qar yağacaq

Azərbaycanda dekabrın 7-nə gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gündüz, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək.

Gecə 6-9, gündüz 9-12 dərəcə isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80% olacaq.

Rayonlarda bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gündüz yağıntıda fasilə olacaq. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək. Gecə 4-8, gündüz 8-13 dərəcə  isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş