Bakıda 10 min manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlanıb

Hadisə

15.07.2024 - 16:11

Həkimlər Klinikalar SEO Xidməti

Oğurluğu törətməkdə şübhəli bilinən şəxs saxlanılıb

Nəsimi rayonu ərazisində yerləşən evlərin birindən oğurluq olub. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Qeyd edilib ki, bu barədə polisə məlumat verən ev sahibi 10150 manat dəyərində qızıl-zinət və məişət əşyalarının oğurlandığını bildirib.

Nəsimi RPİ 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən, əvvəllər məhkum olunmuş və axtarışda olan Seyfulla Qafarov saxlanılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş


Noldu, Tramp?

Dünən, 15:42 Siyasət