Bakı və İrəvan sülh sazişi mətninin 17 maddəsindən 15-i üzrə razılığa gəliblər

Xəbərlər

06.12.2024 - 00:35

Həkimlər Klinikalar SEO Xidməti

Ararat Mirzoyan: “Sülh müqaviləsinin imzalanması məsələsində müəyyən irəliləyiş var”

Azərbaycan və Ermənistan preambula, o cümlədən müqavilə mətninin 17-dən 15-i üzrə razılığa gəliblər. AYNA xəbər verir ki, bunu Ermənistanı xarici işlər naziri Ararat Mirzoyan Maltada ATƏT XİN Şurasında çıxışında deyib.

Nazir deyib ki, sülh müqaviləsinin imzalanması məsələsində müəyyən irəliləyiş var: "Mətndə preambula və 17 maddədən 15-i üzrə razılığa gəlib. İradə nümayəiş olunsa, sənəd Cənubi Qafqazda düşmənçilik səhifəsini bağlaya bilər”.

Müəllif: Ayna.az