Bakı-Tbilisi sərnişin qatarına biletin qiyməti açıqlanıb - RƏSMİ

Xəbərlər

20.05.2026 - 17:14

Minumum gedişhaqqı 81 mamatdır

Bakı–Tbilisi–Bakı marşrutu ilə səfərlər müasir “Stadler” qatarları ilə həyata keçiriləcək. AYNA.AZ  xəbər verir ki, bu barədə ADY QSCdn bildirilib.

2019-cu ildə istismardan çıxarılmış köhnə hərəkət tərkibi ilə müqayisədə bu yeni nəsil yataq tipli vaqonlar yüksək komfort, müasir interyer, fərdi xidmət və beynəlxalq standartlara uyğun rahat səyahət imkanları ilə seçilir.

Bakı – Tbilisi – Bakı marşrutu üzrə gedişhaqqı məsafədən asılı olaraq komfort sinfi üzrə 51 AZN-dən başlayır. Marşrut üzrə bir istiqamətə Bakıdan Tbilisiyə minimum gedişhaqqı 81 AZN, Yevlaxdan 67 AZN, Gəncədən 62 AZN, Ağstafadan isə 57 AZN-dir. Böyük Kəsikdən Qardabani stansiyasına isə 51 AZN təşkil edir.

ADY Baş nazirin qərarı ilə bağlı açıqlama yayıb.
“Nazirlər Kabineti dəmiryol nəqliyyatı vasitəsilə sərnişinlərin 25 may saat 00:00-dan etibarən Azərbaycana giriş-çıxışının təmin edilməsi ilə bağlı qərar verib.

ADY 26 maydan başlayaraq Bakı-Tbilisi-Bakı marşrutu üzrə müntəzəm sərnişin daşımalarına başlayacaq”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş