Bakı-Sumqayıt yolunda hərəkət məhdudlaşdırılacaq

Xəbərlər

28.09.2020 - 10:49

Sürücülərə alternative yollardan istifadə etmək tövsiyə olunur

 

Sumqayıtdan VAZ dairəsi istiqamətində hərəkət hissə-hissə qismən məhdudlaşdırılacaq. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) AYNA-ya verilən məlumata görə, avtomobil yollarının təmiri və tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun 16-cı kilometrliyindən (VAZ dairəsi) 30-cu kilometrinədək (Sumqayıt) olan 14 kilometr hissəsində təmir-bərpa işlərinin aparılmasına start verilib.

 

Bununla əlaqədar olaraq Sumqayıtdan VAZ dairəsi istiqamətində avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq. Məhdudlaşma tədbirlərinə 29 sentyabr tarixindən başlanılacaq. Alternativ olaraq sürücülər Sumqayıt-Novxanı, Sumqayıt-Saray və Sumqayıt Dairəvi avtomobil yollarından istifadə edə bilərlər.

Müəllif: Ayna.az