Bakı, Sumqayıt, Şəki və Xaçmazda yanğın

Hadisə

10.02.2020 - 16:34

Həkimlər Klinikalar SEO Xidməti

Hadisə yerlərinə yanğından mühafizə bölmələri cəlb olunub

 

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 4 m² olan tikilinin içərisində transformatorun yağı, sarğıları və 2 p.m cıxış kabeli yanıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Sumqayıt şəhərində isə, ümumi sahəsi 150 m² olan kafenin bacasında yağ qalıqları, ətrafında şüşə pambıq üzlük 8 m² sahədə və bitişik, ümumi sahəsi 100 m² olan kafenin bacasının ətrafında şüşə pambıq üzlük 7 m² sahədə yanıb. Hər iki kafe yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Şəki şəhərində də yanğın baş verib. Ümumi sahəsi 150 m² olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Daha bir yanğın hadisəsi Xaçmaz rayonunda qeydə alınıb. Ümumi sahəsi 18 m² olan dəmirçi sexinin dam örtüyünün yanar konstruksiyaları yanıb. Yüksək temperaturdan sexin içərisində olan plastik divar üzlüyü 18 m² sahədə əriyib. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş