“Bakı Sığorta”nın lisenziyası ləğv edilib

Xəbərlər

13.12.2024 - 21:52

Həkimlər Klinikalar SEO Xidməti

Mərkəzi Bank "Bakı Sığorta"nın lisenziyasını ləğv edib

Azərbaycan Mərkəzi Bankı (AMB) "Bakı Sığorta"nın lisenziyasını könüllü müraciət əsasında ləğv edib. AYNA xəbər verir ki, bu barədə AMB-dən bildirilib.

Qeyd edilib ki, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 107.1.1-ci maddəsinə müvafiq olaraq könüllü müraciət əsasında Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 10 dekabr 2024-cü il tarixli qərarı ilə “Bakı Sığorta” ASC-nin sığorta fəaliyyətinə verilmiş 04 sentyabr 2009-cu tarixli, 000251 nömrəli lisenziya ləğv edilib.

""Bakı Sığorta" ASC-nin mövcud maliyyə göstəriciləri Cəmiyyətin öhdəliklərinin tam və vaxtında icra edilməsinə imkan verir. Cəmiyyətin ləğvetmə prosesi Azərbaycan Respublikasının qanunvericiliyi çərçivəsində nəzarətdə saxlanılacaq", - deyə AMB-dən əlavə edilib.

Müəllif: Ayna.az