Bakı Şəhər İcra Hakimiyyətindən sürücülərə <font color=red> MÜRACİƏT</font>

Xəbərlər

24.02.2021 - 12:24

“texniki cəhətdən problemli avtomobillərin yola çıxmağı qətiyyən tövsiyə edilmir”

 

Bakı Şəhər İcra Hakimiyyəti qarlı və çovğunlu hava şəraiti ilə əlaqəli görülən işlərlə bağlı açıqlama yayıb. Qurumdan AYNA-ya bildirilib ki, Bakıya düşən yağıntının miqdarı 18 mm olub.

 

 “Bu, aylıq normanın 90 faizi həcmindədir. Hidrometeoroloqların məlumatına görə, 2012-ci ildən sonra fevral ayında belə kəskin hava şəraiti qeydə alınmayıb. Bütün bunlara baxmayaraq şəhərin kommunal strukturları gecədən etibarən şəhər üzrə qarın təmizlənməsi işlərinə başlayıb. Texnika vasitəsilə yollara duz və kimyəvi maddələr səpilib. Bu işlər gün ərzində xüsusi qrafiklə davam etdiriləcək”, - deyə açıqlamada bildirilib.

 

BŞİH avtomobil sürücülərinə müraciət edir ki, texniki cəhətdən problemli avtomobillərin yola çıxmağı qətiyyən tövsiyə edilmir: “Bu nəqliyyatın və piyadaların hərəkəti üçün təhlükə yaradır”.

Müəllif: Ayna.az