Bakı metrosunun 3 stansiyasında saat məhdudiyyəti aradan qaldırılıb

Xəbərlər

03.10.2022 - 16:57

Sərnişinlər adi iş rejimi qaydasında “Bənövşəyi xətt”in stansiyalarının xidmətindən istifadə edə bilərlər

“Bənövşəyi xətt”in “Xocəsən-Avtovağzal” sahəsində qatarların hərəkətinin təşkilinə dair işlərin başlanması ilə əlaqədar sentyabr ayının 6-dan xəttin stansiyaları (“Avtovağzal”, “Memar Əcəmi” və “8 Noyabr”) sərnişinlərin girişinə 30 dəqiqə daha tez, saat 23:30-da bağlanaraq, qatarların hərəkətinə məhdudiyyətlər qoyulmuşdu.

"Bakı Metropoliteni" QSC-dən AYNA-ya verilən məlumata görə, həmin işlərin birinci mərhələsi yekunlaşdırıldığından stansiyalara girişə qoyulmuş məhdudiyyət tam aradan qaldırılıb.

Sərnişinlər adi iş rejimi qaydasında “Bənövşəyi xətt”in stansiyalarının xidmətindən istifadə edə bilərlər. Xətt üzrə “Avtovağzal”, “Memar Əcəmi” və “8 Noyabr” stansiyaları saat 24:00-a qədər sərnişinlərin girişinə açıqdır.

Müəllif: Ayna.az