Bakı metrosunda problem yaranıb

Xəbərlər

22.09.2020 - 11:53

cedabet dərman SEO Xidməti

Qatarların hərəkətində gecikmələr müşahidə edilib

 

“Bakı Metropoliteni“nin “Nəriman Nərimanov” – “Ulduz” stansiyaları arasında yol mənzilində qatarların hərəkətini tənzimləyən işıqforun işini təmin edən sxemdə baş verən nasazlıq səbəbindən metropolitenin xətlərində qatarların hərəkətində gecikmələr müşahidə olunub.

 

AYNA-nın xəbərinə görə, bu barədə “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov bildirib.

 

B.Məmmədov deyib ki, bəzi qatarlar arasında interval əlavə olaraq 2-3 dəqiqə artıb: “Bəzi qatarlar isə qrafik üzrə interval göstəricisinə uyğun hərəkət edir”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş