Bakı metrosunda problem yaranıb

Hadisə

27.02.2020 - 17:20

Həkimlər Klinikalar SEO Xidməti

Qatarlar stansiyalara verilib və sərnişinlər təxliyə olunub

 

Bu gün saat 15:48-də Bakı Metropoliteninə gələn elektrik xətlərində gərginliyin verilməsində qısamüddətli problem yaranıb. “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun AYNA-ya verdiyi məlumata görə, 3 stansiya istisna olunmaqla ("Xalqlar dostluğu-Həzi Aslanov" sahəsi), bütün xətlərdə hərəkət bərpa olunub.

 

“Qatarlar "Neftçilər" stansiyasına qədər hərəkət edir. Qeyd edilən sahədə dizel-generatorlar qoşulmaqla, qatarlar stansiyalara verilib və sərnişinlər təxliyə olunub”, - o bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş