Bakı metrosunda ölüm

Hadisə

09.06.2024 - 23:54

Özünü pis hiss edən kişi dünyasını dəyişib

Bu gün qatardan düşərək "Koroğlu" stansiyasını tərk edən kişi sərnişin özünü pis etdiyi üçün yuxarı vestibüldə metro əməkdaşa yaxınlaşıb.

AYNA APA-ya istinadən xəbər verir ki, metro əməkdaşları tərəfindən dərhal təcili tibbi yardım xidməti çağırılıb. Zahiri görkəminə görə, 45-50 yaş aralığında olan sərnişin, təəssüf ki, az sonra dünyasını dəyişib.

Stansiyaya gəlmiş tibbi yardım personalı ölüm faktını təsdiqləyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş