Bakı metrosunda həyəcanlı anlar

Hadisə

07.02.2020 - 21:31

Həkimlər Klinikalar SEO Xidməti

Bakı metrosunda həyəcanlı anlar yaşanıb 

 

“Bakı Metropoliteni”ndə qatarların hərəkətində yubanma olub.

 

AYNA xəbər verir ki, "Yaşıl xətlə" hərəkət edən qatar hərəkət qrafiki üzrə 15 dəqiqə gecikməli olub. Saat 20:48-də “İnşaatçılar” metrosunda dayanan qatar bir neçə dəqiqə yubanmadan sonra yola düşüb. 

 

"Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, metroda yubanma "Nəriman Nərimanov" stansiyasında sərnişin özünün stansiya yoluna atması ilə əlaqədardır. 

 

"Maşinist hadisəyə çevik reaksiya verib. Gərginlik kəsilib və sərnişin stansiya yolundan çıxarılıb. Ümumilikdə xəttə 10 dəqiqəlik yubanma yol verilib", - deyə o bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş