Bakı metrosu açılır, açıq havada maskadan istifadə ləğv edilir - <font color=red> RƏSMİ</font>

Aktual

25.05.2021 - 12:30

Həkimlər Klinikalar SEO Xidməti

Prezidentin köməkçisi karantinlə bağlı yumşalmaları açıqlayıb

 

“Mayın 31-dən Azərbaycanda açıq havada tibbi maskadan istifadə ləğv olunur”. AYNA-nın xəbərinə görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Prezidentin köməkçisi Şahmar Mövsümov deyib.

 

Prezidentin köməkçisi bildirib ki, mayın 31-dən Bakı metrosunda sərnişindaşıma fəaliyyəti də bərpa edilir.

 

Bununla yanaşı, mayın 31-dən şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilir.

 

İyunun 10-dan isə “Mall”arın və iri ticarət mərkəzlərinin fəaliyyətinə icazə verilir. Elə həmin gündən ibadət yerlərinin fəaliyyəti bərpa olunacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş