Bakı Metropoliteninin əməkdaşı metroda vəfat edib

Hadisə

16.07.2023 - 15:59

Həkimlər Klinikalar SEO Xidməti

Tibbi yardım xidməti gələnə qədər sərnişin dünyasını dəyişib

Bakı Metropoliteninin əməkdaşı metroda vəfat edib. AYNA xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin Mətbuat Xidmətinin rəisi Bəxtiyar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, Elmlər Akademiyası” stansiyası istiqamətində “Dərnəgül-Həzi Aslanov” marşrutu ilə hərəkət edən qatarın maşinistinə bir sərnişinin özünü pis hiss etməsi barədə məlumat daxil olub. Dərhal müvafiq tədbirlər görülüb, o cümlədən təcili tibbi yardım xidməti dəvət edilib, sərnişin stansiyada düşürülüb, ilkin yardım göstərilib.

B.Məmmədov bildirib ki, tibbi yardım xidməti gələnə qədər sərnişin dünyasını dəyişib: “Vəfat edən sərnişin Bakı Metropoliteninin Tunel Qurğuları Xidmətinin əməkdaşı 1959-cu il təvəllüdlü Kamil Zeynalov olub”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş