“Bakı Metropoliteni” QSC-də yanğın-taktiki təlim keçirilib

Xəbərlər

30.06.2021 - 20:16

Fövqəladə Hallar Nazirliyi təlimlə bağlı məlumat yayıb

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətləri “Bakı Metropoliteni” QSC-nin “Elmlər Akademiyası” stansiyasında yanğın-taktiki təlim keçirib.

 

FHN-in Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, Bakı Metropoliteni ilə razılaşdırılmış cədvəl əsasında keçirilmiş təlimin əsas mövzusu stansiyanın ikinci çıxışının maşın zalının maili enişində “baş vermiş” şərti yanğın hadisəsi və onun “söndürülməsi” olub.

 

Belə ki, şərti yanğın hadisəsi barədə səsucaldıcı vasitəsilə məlumat verilib və metropoliten işçiləri tərəfindən ilkin yanğınsöndürmə vasitələri ilə yanğının söndürülməsinə başlanılıb. Hadisə barədə FHN-in 112 - qaynar telefon xəttinə “məlumat verilib”. Dövlət Yanğından Mühafizə Xidmətinin Yasamal Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə baş vermiş ünvana gələrək, “yanğını qısa müddətdə “söndürüblər”.

Müəllif: Ayna.az