Bakı məscidlərində bayram namazı qılınıb

Xəbərlər

20.03.2026 - 12:15

Bayram namazına Azərbaycanda yaşayan xarici ölkə vətəndaşları da qatılıblar

Müqəddəs Ramazan bayramı münasibətilə martın 20-də Bakıda bayram namazı qılınıb. AYNA.AZ xəbər verir ki, bayram namazının qılınmasına Əjdərbəy məscidində saat 8.00-da, Təzəpir məscidində isə saat 9.00-da başlanılıb.

Bayram namazına Azərbaycanda yaşayan xarici ölkə vətəndaşları da qatılıblar.

Namazın ardından dualar edilib, dünyamıza sülh, ölkəmizə əmin-amanlıq, xalqımıza firavanlıq arzulanıb. Allahdan Ordumuza güc-qüvvət, yaralılara şəfa, şəhidlərimizə rəhmət dilənib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş