Bakı-Küveyt-Bakı reysləri bərpa olunur

Xəbərlər

03.06.2024 - 16:59

AZAL həftədə iki dəfə - çərşənbə və şənbə günləri reyslər həyata keçirəcək

“Azərbaycan Hava Yolları” QSC (AZAL) iyunun 15-dən Bakıdan Küveytə və əks istiqamətdə olan uçuşları bərpa edəcək.

AZAL-dan AYNA-ya bildirilib ki, ilkin mərhələdə aviadaşıyıcı həftədə iki dəfə - çərşənbə və şənbə günləri reyslər həyata keçirəcək.

Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin yenilənmiş mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş